“Atletiko”dan “Barselona” və Alvarezə cavab: "Satmırıq!"
23.06.2026 - 03:18
“Atletiko”dan “Barselona” və Alvarezə cavab: "Satmırıq!"

“Atletiko” rəhbərliyi Xulian Alvarezin gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Apasport.az xəbər verir ki, Madrid klubunun nümayəndələri bu barədə AS nəşrinə açıqlama veriblər.

“Atletiko”nun açıqlamasında argentinalı hücumçunun “Barselona”ya keçidinin mümkün olmadığı vurğulanıb:

"Barselona”nın Xulian Alvarezi ala biləcəyi heç bir məbləğ yoxdur. O, “Barselona”ya transfer olunmayacaq."

Klub yalnız müqavilədəki sərbəstqalma məbləğinin ödənilməsi halında transferə razı ola biləcəyini bildirib:

"Ya 500 milyon avroluq sərbəstqalma məbləği ödəniləcək, ya da heç bir transfer olmayacaq."

Qeyd edək ki, Xulian Alvarez daha əvvəl verdiyi açıqlamada “Atletiko”dan ayrılmaq istədiyini etiraf edib.

25 yaşlı hücumçu 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində 54 oyunda 29 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Son aylarda onun adı ən çox “Barselona” ilə hallanır.