Ötən gün UEFA Avropa Liqasında "Ayaks" - "Makkabi Təl-Əviv" matçında xaos yaşanıb.
Apasport.az xəbər verir ki, matçdan əvvəl və oyun zamanı İsrail azarkeşləri fələstinli tərəfdarlara hücum ediblər.
Matçdan öncə Valensiyadakı sel daşqınlarında həyatını itirənlər üçün 1 dəqiqəlik sükut zamanı israilli azarkeşlər fit çalaraq və şüarlar səsləndirərək etiraz ediblər.
İsrail hökuməti isə fələstinli tərəfdarların cavabı ilə böyüyən hadisələri öz tərəfdarlarının hücuma məruz qalması kimi təqdim etməyə çalışıb.
İsrailin xarici işlər naziri Gideon Saar açıqlamasında bu "hücumlar" nəticəsində 10 israilli azarkeşin yaralandığını iddia edib.
Qeyd edək ki, qarşılaşma Hollandiya klubunun 5:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
- "Neftçi" "Qarabağ"ı məğlub etdi: Son dəqiqə qolu - YENİLƏNİB
- Azərbaycanın qadınlardan ibarət millisi Belarusdakı turnirə qatılacaq
- Adil Şükürov: “Heyətə cəlb etmək istədiyimiz oyunçular var”
- 2024-cü il Avropa Çempionatında görməyəcəyimiz 10 ulduz
- ÇL: "Qalatasaray"dan xal itkisi, “Liverpul”dan darmadağın - YENİLƏNİB