İngiltərə Premyer Liqası təmsilçilərindən "Tottenhem"in sağ cinah müdafiəçisi Pedro Porro yayda komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Barselona", "Bavariya" və "Mançester Siti" yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, hər üç komanda oyunçunu yay aylarında heyətlərinə qatmaq üçün yarış halında olacaqlar.
Xatırladaq ki, "Tottenhem" İspaniya millisinin üzvünü 2023-cü ildə Portuqaliyanın "Sportinq" klubundan 40 milyon avroya heyətinə qatmışdı.
Qeyd edək ki, Pedro bu mövsüm londonluların heyətində meydana çıxdığı 49 rəsmi matçda 4 qol, 9 assistlə yadda qalıb.
- Derbiyə 9500 bilet satılıb
- Qurban Qurbanov: "Qarabağ"a sevginin azalmasını istəmirəm"
- Qusar derbisində “lotereya”: “Qaradağ Lökbatan”ın rəqibi dəqiqləşdi
- Saşa İliç: "Qazansaq da, oyundan tam razı qalmadım"
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"