"Ayaks"ın baş məşqçisi qovuldu
24.10.2023 - 09:44
“Ayaks”ın baş məşqçisi Mauris Steyn postundan qovulub.
Apasport.az xəbər verir ki, klub rəhbərliyi 49 yaşlı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.
Yeni mövsümə bərbad başlanğıc edən komanda hazırda turnir cədvəlinin 17-ci pilləsində yer alır. Keçirdiyi son 8 matçda qələbə üzünə həsrət qalan Amsterdam təmsilçisi tarixinin ən pis dövrünü yaşayır.
Hələlik bu posta kimin təyin olunacağı bəlli deyil.
Qeyd edək ki, niderlandlı mütəxəssis iyul ayında komandanın sükanı arxasına keçmişdi.
- Campaolonun “Sampdoriya”nı tərk etməsi rəsmiləşdi
- “Qarabağ”a qol vurdu, transfer təklifi aldı
- Hidayət Heydərov: "Dünya çempionatında yaponiyalı rəqib üzərindəki qələbə ilə anılmaq istəyirəm"
- Əkbər Məmmədov: "Biz meydançaya yalnız qələbə üçün çıxırıq"
- I Liqa: Lider səfərdə uduzdu, “İmişli”dən inamlı qələbə - YENİLƏNİB
0
0