Aziz Yıldırım "Fənərbaxça"da keçiriləcək prezident seçkilərində namizədlərdən biri olacaq.
Apasport.az xəbər verir ki, 71 yaşlı funksioner bu gün mətbuat konfransı keçirib.
"Mourinyo ilə üz-üzə görüşmüşəm. Detalları da razılaşsaq gələcək. Mətbuat, gözünüz aydın o, Ərəbistana getmir. 72 yaşım var və 3 illiyinə gəlirəm. İstəsəniz də bundan artıq davam edə bilmərəm. Mən seçilərəm ya da seçilmərəm əsas odur ki, "Fənərbaxça" namizədsiz qalmasın.
9 iyunda seçkilər olacaq. Mourinyo o vaxta qədər gözləyərmi bilmirəm. Əgər qarşı tərəf də Mourinyo ilə maraqlanırsa, Şekip Mosturoğlu vasitəsilə əlaqə saxlayaq, danışıqları onlar da davam etdirsin. Biz seçilməsək Mourinyoya ödəniləcək pulun yarısını da verməyi vəd edirəm.
Nə Çempionlar Liqası, insanlara xəyal satmaq lazım deyil. Hədəf Türkiyədə çempion olmaqdır".
- Dünya çempionatında iştirak edəcək şahmatçılarımız dəqiqləşdi
- Aslan Şahgəldiyev PFL-in vitse-prezidenti təyin olundu
- MLS tarixində ən bahalı transferlərin adı açıqlanıb - Dünya çempionu siyahıda yoxdur
- “Arsenal”dan qələbə, “Lester” səfərdən xalsız dönür
- "Sabah" və "Zirə"nin KL oyunlarının vaxtı açıqlandı