"Trabzonspor" Anastasios Bakasetasın gedişini açıqlayıb.
Apasport.az xəbər verir ki, yunan futbolçu "Qalatasaray"la oyundan sonra "Trabzonspor"la vidalaşıb.
Klubun açıqlaması belədir: "Peşəkar futbolçumuz Anastasios Bakasetasın "Panatinaikos"-a qəti transferi ilə bağlı danışıqlara başlanılıb".
Bununla bağlı olaraq Bakasetas da açıqlama verib: "Trabzonspor"la son matçım idi. Əslində bu vidalaşmanın daha yaxşı olmasını istəyərdim. Belə hesabla, derbi məğlubiyyəti ilə ayrılmaq istəməzdim. Həyatda bəzən belə olur. Hər kəsə təşəkkür edirəm. Türkiyədə çoxlu sevgi və hörmət gördüm".
Qeyd edək ki, 30 yaşlı futbolçu çıxdığı 18 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Prezident İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
- Matçın hakimi döyüldü, çempionat yarımçıq qaldı
- Azərbaycan şahmatçıları Reykyavikdə üz-üzə gələcəklər
- Elmar Baxşıyev: "Futbolçunun başı yarılmalıdır ki, penalti verilsin?"
- Məhəmməd Abdullayevdən Avropa Oyunlarında ardıcıl ikinci qələbə - FOTOLENT