Balotelli İtaliyaya qayıda bilər
08.10.2024 - 11:56
“Mançester Siti”nin və “Milan”ın keçmiş hücumçusu Mario Balotelli İtaliya A Seriyasına qayıda bilər.
Apasport.az "Tuttosport"a istinadla xəbər verir ki, “Torino” italiyalı forvardla maraqlanır.
“Torino” zədəli Duvan Sapatanın əvəzinə Balotellini nəzərdən keçirir. O, Turin klubuna azad agent kimi keçə bilər.
Qeyd edək ki, 34 yaşlı hücumçunun son iş yeri ötən yay tərk etdiyi Türkiyənin “Adana Dəmirspor” klubu olub. İtalyanın transfer dəyəri 650 min avro olaraq qiymətləndirilir.
- Xabi Alonso: "Qarabağ" "Braqa"ya qarşı təhlükəli çıxış etdi və uğur qazandı"
- "Mançester Siti" yenə xal itirdi
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- Azərbaycan boksçuları Çində 4 medal qazanıblar
- "Konyaspor"un yeni çalışdırıcısı bəlli olub
0
0