Barış Alper Yılmaza sərvət dəyərində təklif
17.07.2024 - 10:14
Premyer Liqa təmsilçilərindən "Vest Hem" Türkiyə millisinin və "Qalatasaray"ın gənc ulduzunu komandaya cəlb etmək istəyir.
Apasport.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. İngilislər Barış Alper Yılmaz üçün "Qalatasaray"a yüksək məbləğ təklif edib.
Premyer Liqa klubu türkiyəli ulduz üçün 35 milyon avro təklif göndərib.
Bundan öncə "sarı-qırmızılılar"ın Direktorlar Şöbəsinin üzvü İbrahim Hatipoğlu Barış Alper Yılmaz üçün "satılmır" demişdi.
Qeyd edək ki, Barış Alper Super Liqada 79 matça çıxıb, 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azərbaycan kubokunun püşkü atılıb
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Ruslan Abışov: "Neftçi"dən getdiyimə görə peşman olduğumu hər dəfə demişəm" - Müsahibə
- Azərbaycan güləşçiləri "Asiya Uşaqları" Oyunlarında 3 medal qazanıb
- Fikrət Axundov Yunanıstan təmsilçisinin oyununu idarə edəcək
0
0