“Barselona” Asensionun yolunu açır
24.01.2023 - 17:10
“Barselona” Marko Asensionu heyətinə qatmaq niyyətindən əl çəkmir.
Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi 27 yaşlı yarımmüdafiəçi üçün rəqabəti azaltmağa da razıdır.
Bu üzdən Kataloniya klubu Asensio ilə eyni mövqedə çıxış edən Usman Dembele, Rafinya və Ferran Torresdən birini satmağa razıdır. Belə addım “Real”ın yarımmüdafiəçisini keçidə razı salmaq üçün atılacaq. Bu ilin yayında madridlilərlə müqaviləsi başa çatacaq futbolçu azad agent statusu alacaq.
Qeyd edək ki, Marko cari mövsümün 22 matçında 5 qol vurub.
- "Fənərbaxça"dan Cenk Tosun hərəkatı
- “Fənər” pley-offda: ÇL-də gecənin nəticələri - YENİLƏNİB
- Emin Əmrullayev Türkiyənin tanınmış basketbol klubunun prezidenti ilə görüşüb - FOTO
- Avropa birinciliyinin mükafatçısı Azərbaycan çempionatına qələbə ilə başladı
- “Mançester Siti” keçmiş oyunçusunu geri qaytarmaq istəyir
0
0