"Barselona" futbolçusunu "Atletiko Madrid"ə göndərib
26.08.2024 - 13:42
Müdafiəçi Klement Lenqlet Kataloniya "Barselona"sından "Atletiko Madrid"ə keçib.
Apasport.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçu cari mövsümün sonuna kimi “Atletiko”da icarə əsasında çıxış edəcək.
2023/2024 mövsümündə Klement icarə əsasında "Aston Villa"da çıxış edib. Müdafiəçi 25 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniya çempionatının 2 turundan sonra “Atletiko” üçüncü yerdədir.
- Gənclər və İdman Nazirliyi müsabiqə keçirir
- 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə açıqlandı
- "Arsenal"a 60 milyonluq futbolçu
- Murad Musayev: “Krasnodar" azarkeşlərini sevindirmək üçün əlimdən gələni edəcəyəm”
- Qurban Qurbanov: “Bu adı qoruyub saxlamaq çox vacibdir”
0
0