“Barselona” İspaniya millisinin üzvü ilə müqavilə yeniləyib
13.03.2025 - 23:55
İspaniya La Liqası komandalarından "Barselona" müdafiəçi İniqo Martinezlə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, 33 yaşlı ispaniyalı daha 1 il kataloniyalıların şərəfini qoruyacaq.
Xatırladaq ki, Martinez "Barsa"ya 2023-cü ildə "Atletik"dən transfer olunmuşdu.
Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində 33 rəsmi matça çıxıb və 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Aleksey İsayev: "Murad Musayevə hər zaman minnətdar olacam" - Müsahibə
- Burak Yılmaz Niderland klubu ilə 5 illik müqavilə bağladı
- “Milan”dan məğlubiyyət, “İnter”dən qalibiyyət
- Azərbaycanda yığmaların, məşqçi və idmançı heyətlərinin yenilənmiş siyahısı təsdiqlənib
- Qrizmann La Liqada 200-cü qolunu vurub
0
0