"Barselona" müdafiəçisini "Çelsi"yə satır
03.02.2024 - 13:59
Hüquqları Kataloniya "Barselona"sına məxsus olan mərkəz müdafiəçisi Andreas Kristensen cari mövsümün sonunda klub qeydiyyatını dəyişə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, 27 yaşlı danimarkalı oyunçu "Çelsi"yə qayıda bilər. Andreasın transfer qiyməti 40 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, İspaniya çempionatının bu mövsümündə Kristensen 16 oyun keçirib, 1 assist edib. Onun "blauqrana" ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
- Bu gün Basketbol Liqasında final mərhələsinin ilk oyunu keçiriləcək
- Cüdoçularımız dünya çempionatını iki medalla başa vurublar
- Yayda gəldi, qış olmamış getdi - "Kəpəz"də ayrılıq
- Pepe “Beşiktaş”da
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
0
0