“Barselona” "Nou Kamp"da oynamayacaq - SƏBƏB
01.04.2023 - 11:32
“Barselona”nın növbəti mövsüm ev oyunlarını keçirəcəyi stadion bəlli olub.
Apasport.az saytı xəbər verir ki, Kataloniya təmsilçisi "Nou Kamp"da tikinti işləri ilə əlaqədar Olimpiya Stadionunda meydana çıxacaq.
Komanda rəhbərliyi artıq bu barədə İspaniya Futbol Federasiyasına məlumat verib. Dəyişikliklə bağlı UEFA-nın da məlumatlandırılması planlaşdırılır.
Qeyd edək ki, İspaniya klubunun 2024-cü ilin noyabrına qədər Olimpiya Stadionunda oynayacağı gözlənilir. Sözügedən stadion 55 926 tamaşaçı tutumuna malikdir.
- "Abşeron Lions" kapitanı ilə müqavilə müddətini uzadıb
- Beynəlxalq dərəcəli azərbaycanlı hakim CEV tərəfindən təyinat alıb
- Cüdo üzrə yeniyetmələr arasında liqa yarışının IV turu start götürüb
- Daha bir Azərbaycan komandası finalda
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
0
0