"Barselona" yeni baş məşqçisini seçib.
Apasport.az nu barədə "Todofichajes"ə istinadla xəbər verir.
Bildirilib ki, “mavi qranatlar”ın baş məşqçi postunu “Bavariya”da və Almaniya millisindəki işi ilə tanınan alman mütəxəssis Hans-Diter Flik tutacaq.
Tərəflər müqavilə imzalamaq barədə razılığa gəliblər. Müqavilə bir il müddətinə uzadılmaq imkanı ilə bir mövsümlük olacaq. Nəticələr klub rəhbərliyini qane edərsə, əməkdaşlıq uzadılacaq.
Xatırladaq ki, “Barselona”nın hazırkı baş məşqçisi Xavi Ernandes bu mövsümün sonunda mavi qranatları tərk edəcək. "Barselona" La Liqa cədvəlində üçüncüdür və Çempionlar Liqasının pley-off mərhələsində "Napoli" ilə qarşılaşacaq.
- Hidayət Heydərov İslam Oyunlarının yarımfinalında - FOTO - YENİLƏNİB
- Tərlan Əhmədov: "Maşınımı satıb, futbolçuların maaşını vermişəm" - VİDEO
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Rauf Əliyev: “Belçika ilə matçda da futbolçularımız bunu etməlidirlər” - MÜSAHİBƏ
- Ronaldo və Messinin FƏRQİ