"Barselona" qara forma geyinəcək  - FOTO
                    
                    08.01.2024 - 15:25
                        
                    
                    "Barselona" gələn mövsüm qara forma ilə çıxış edəcək.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, bu, komandanın ikinci forması olacaq. Köynəklərin bu cür dizaynı ənənələrə qayıdış olaraq təsvir edilib. Kataloniyalılar hələ 70-ci illərdə bu cür formada oynayırdılar.
Qeyd edək ki, İspaniya nəhəngi daha əvvəl ikinci forma olaraq sarı rəngli köynəklərdən istifadə edirdi.
                                
                                0
                                
                                0