“Barselona” Çempionlar Liqasında qrupdan çıxa bilməsə, növbəti dəfə ciddi maliyyə itkisi ilə üzləşəcək.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu pley-off mərhələsinə adlamasa, 21 milyon avroluq qazancdan məhrum qalacaq.
Kataloniyalıların direktorlar şurasının ötən həftə büdcə planlamasında komandanın minimum 1/4 finala qədər irəliləməsi və bu sayədə 21 milyon avroluq gəlir əldə etməsi nəzərdə tutulmuşdu. Hətta İspaniya La Liqasında və Avropa Liqasında veriləcək pul mükafatları da bu büdcə kəsirini doldurmağa kömək edə bilməyəcək.
Qeyd edək ki, 4 turdan sonra “Barselona” 4 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və ikinci yerin sahibi olan “İnter”dən 3 xal geri qalır.
- Qvardiola “Barsa”nın yarımmüdafiəçisini istəyir
- Belarus - Azərbaycan matçının tarixi və yeri açıqlandı
- Conatan Benteke: "Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm" - MÜSAHİBƏ
- Yorğun Fransa, ehtiyatlı Danimarka - PROQNOZ
- “Araz-Naxçıvan”ın kapitanı: “100-cü oyunumu keçirdiyimi bu gün dostlarımdan öyrəndim”