“Barselona”da növbəti ayrılıq
23.10.2023 - 11:02
“Barselona” daha bir futbolçusunu satdığını açıqlayıb.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi Estanislav Pedrolanın "Sampdoriya"ya keçidini rəsmiləşdirib.
20 yaşlı cinah oyunçusu avqustda İtaliya klubuna qoşulub. Bu komandada icarə əsasında çıxış edən ispanın keçidinə görə “Sampdoriya” qarşı tərəfə
3 milyon avro ödəyəcək.
Müqavilədə yer alan maddəyə əsasən “Barselona” 2025-ci ilə qədər 7 milyon avro ödəyərək oyunçunu geri qaytara bilər.
- Rzanı istəyən klubun adı bəlli oldu: "Neftçi"nin qapıçısı yuvadan uçur?
- Gənclər Liqası: “Qarabağ” böyük hesabla məğlub oldu - YENİLƏNİB
- “Olimpiakos”un baş məşqçisi: “Qarabağ"a qarşı dominantlıq eləmək asan deyildi"
- “Atletiko”nun hədəfində 20 milyonluq yarımmüdafiəçi
- Bundesliqanın liderində yeni müqavilələr
0
0