Əvvəlki gün baş məşqçi Xavi Hernandesin komandada qalacağı ilə bağlı açıqlamadan sonra yeni mövsümü planlaşdırmağa başlayan "Barselona"da sürpriz gediş ola bilər.
Apasport.az xəbər verir ki, iqtisadi cəhətdən çətin günlər yaşayan Kataloniya nəhəngi daha əvvəl ayrılmağa icazə vermədiyi De Yonqla yollarını ayıra bilər.
Yeni transferlər üçün büdcə yaratmaq və maaş yükünü yüngülləşdirmək istəyən "Barselona" bu yay "Mançester Yunayted"in maraqlandığı De Yonqun gedişinə razılıq verə bilər.
Qeyd edək ki, “Barselona”nın futbolçuları Ronald Arauxo və Rafinyaya uyğun təkliflər gələrsə komandadan ayrılacaqları gözlənilir.
- Ölkə kubokunun yarımfinal mərhələsi rəqəmlərin gözü ilə
- Kaxaber Tsxadadze: “Xarakterli futbolçuları olan komandaya qarşı oynadıq”
- Karateçilərimiz 52-ci Avropa çempionatında iştirak edəcəklər
- "Arsenal" da Bellingemi heyətinə cəlb etmək üçün mübarizə aparacaq
- Qurban Qurbanov: “Bakıdakı oyunda daha ciddi olmalıyıq”