"Barselona"da yeni FORVARD
04.01.2024 - 11:24
"Barselona" yeni futbolçusu Vitor Rokenin qeydiyyatını başa çatdırıb.
Apasport.az xəbər verir ki, əvvəllər “Atletiko Paranaense”də çıxış edən 18 yaşlı futbolçu yanvarın əvvəlində Kataloniya klubunun heyətinə qoşulsa da, onu qeydiyyatdan keçirmək mümkün olmayıb. İndi isə Roke rəsmi olaraq komandanın siyahısındadır.
Beləliklə, braziliyalı qarşıdakı "Las Palmas"la (4 yanvar) görüşdə "Barselona"da debüt edə biləcək.
Qeyd edək ki, Kataloniya nəhəngi Vitor Rokenin transferi üçün təxminən 40 milyon avro ödəyib. Futbolçunun müqaviləsi 2031-ci ilə qədərdir.
- Bakıdakı beynəlxalq turnirin ilk mükafatçıları müəyyənləşdi
- Babək Quliyev Türkiyə millisinin oyununa təyinat alıb
- Əfran İsmayılov: “Böyük futbolda oynadığım üçün mənə hörmət edirdilər” - MÜSAHİBƏ
- “Fənər”in üzvü futboldan uzaqlaşdırıldı - Mərc oyunlarına görə
- İradə Quliyeva: “Millimiz layiq olduğu yerdədir" - Müsahibə
0
0