"Barselona" UEFA turnirlərində ilk dəfə ardıcıl 10 oyunda qol buraxıb.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi Çempionlar Liqasının 7-ci turunun “Slaviya” ilə görüşündə 4:2 qalib gəlsə də, antirekordla yadda qalıb.
Belə ki, İspaniya nəhəngi avrokuboklarda ardıcıl 10 oyunda qapısında top görərək, antirekorda imza atıb.
“Barselona” 13 xalla Çempionlar Liqasının turnir cədvəlində 9-cu, “Slaviya”(Praqa) üç xalla 34-cü yerdədir.
Hans-Diter Flikin rəhbərlik etdiyi kollektiv növbəti oyununu yanvarın 28-də “Kopenhagen”ə qarşı keçirəcək.
Əlavə edək ki, bu mövsüm Çempionlar Liqasının finalı Budapeştdəki “Puşkas Arena”da keçiriləcək. Həlledici görüş mayın 30-da baş tutacaq.
- Stolüstü tennisçilərimiz Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcəklər
- Avropa Liqası matçında xaos: İsrailli azarkeşlər fələstinli tərəfdarlara hücum ediblər
- Ülvi İsgəndərov: "Qol vurmağım məni də çox sevindirir, amma..." - Müsahibə
- Bakıda həndbol üzrə beynəlxalq turnir keçiriləcək
- "Sabah" legionerlərini göndərir