“Barselona”dan “Palmeyras”a - RƏSMİ
01.03.2025 - 00:21

"Barselona"nın hücumçusu Vitor Rokenin yeni klubu rəsmiləşib.
Apasport.az xəbər verir ki, o, "Palmeyras"a keçib.
Bunu klubların mətbuat xidmətləri açıqlayıb.
20 yaşlı hücumçu ilə 2029-cu ilin sonunda kimi müqavilə imzalanıb.
Braziliya təmsilçisi Roke üçün 25 milyon avro ödəyəcək. Həmçinin 4,5 milyon bonus da nəzərdə tutulub.
Qeyd edək ki, Vitor ötən ilin yayında "Barselona"ya transfer olunub.
0
0