"Barselona"dan Rafinya qərarı
02.03.2025 - 15:52

"Barselona" Rafinya ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, klub 28 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Kataloniyalılar onunla müqavilə müddətini yeniləməyi planlaşdırır.
Tərəflər arasında yeni sözləşmə 2030-cu ilə qədər nəzərdə tutulub. Hazırda "mavi-qırmızılar" anlaşmanın detalları üzərində çalışır.
Rafinyanın da komandada xoşbəxt olduğu bildirilir.
Qeyd edək ki, tərəflər arasında hazırkı müqavilə 2027-ci ilə qədər qüvvədədir.
0
0