“Barselona”nı tərk edəcək
24.05.2023 - 17:45
Jordi Alba mövsümün sonunda “Barselona”nı tərk edəcək.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.
34 yaşlı müdafiəçi növbəti mövsümdə də La Liqa klubunda oynamalı idi. Lakin tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə xitam verilib.
Alba azad agent statusu alıb. “Barselona”nın yetirməsi 2012-ci ildən forma geyindiyi əsas komandada 11 il çıxış edib.
Qeyd edək ki, Alba Kataloniya təmsilçisində 458 oyun keçirib. Onun hesabında 27 qol və 99 məhsuldar ötürmə var.
- “Red Bull”dan ardıcıl 12 qələbə
- "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib
- İtaliya millisinin əsas oyunçusu 1/8 final matçını buraxacaq
- Emrah Aykurt: “Hədəfimiz milli komandalarda vahid futbol anlayışını formalaşdırmaqdır”
- “Şahdağ Qusar” fransalı hücumçu ilə müqavilə imzaladı
0
0