“Barselona”nın gözü azad agentlərdə
24.04.2023 - 20:18
“Barselona” yay transfer pəncərəsində azad agent statuslu futbolçuları heyətinə qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, İspaniya klubunun hədəfində iki belə oyunçu var.
La Liqa təmsilçisi “Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta və “Kristal Pelas”ın hücumçusu Uilfred Zaanın xidmətində maraqlıdır. Hər iki futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaq.
28 yaşlı qvineyalı cari mövsüm “Liverpul”da 13 oyun keçirib. 30 yaşlı forvard isə 25 matçda 6 qol vurub.
Qeyd edək ki, Keytanın transfer qiyməti 18, Zaanınkı 25 milyon avro ilə dəyərləndirilir.
- Boksçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli olub
- Zelim Kotsoyevdən İslamiadada gümüş medal - FOTO
- Saşa İliç: “Təlim-məşq toplanışı gənc oyunçulara təcrübə qazandırdı”
- Aqil Nəbiyev: “Məqsəd futbolçuların inkişafına nail olmaqdır”
- Messi PSJ-nin top komanda ola bilməməsinin səbəbini açıqladı
0
0