“Barselona”nın hücumçusu Pyerr-Emerik Obameyanq İspaniyadakı evinə silahlı basqın zamanı ciddi xəsarət alıb.
Apasport.az saytının məlumatına görə, qabonlu forvardın çənəsi sınıb.
Onun sağalma prosesi mümkün əməliyyatla bağlı qərarından asılı olacaq. 33 yaşlı ulduz futbolçunun bu üzdən ən azı bir ay yaşıl meydanlara çıxmaması gözlənilir. Bu zədəyə baxmayaraq, qolçunun “Çelsi”yə transferi ilə bağlı danışıqlar davam edir. Tərəflər hələlik razılığa gələ bilməyiblər.
Qeyd edək ki, bu ilin yanvarında “Barselona”ya azad agent kimi keçən Obameyanq 24 oyunda 13 qol vurub, 1 məhsuldar ötürmə verib.
- Krakov-2023: Badminton yığmamız Avropa Oyunlarını medalsız bitirdi
- “Qarabağ”ın yeni tərəfdaşı: “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
- Adil Nağıyev 200-ə çatdı
- Tahir Gözel: “Qarşılıqlı inam bizi daha da irəli aparır”