“Barselona”nın yetirməsi “Real”dan imtina etdi
04.07.2022 - 22:46
“Real” PSV-nin yarımmüdafiəçisi Xavi Simonsun transferində maraqlı olub.
Apasport.az saytının məlumatına görə, “kral klubu” bu yay 19 yaşlı orta sahə oyunçusunu İspaniyaya qaytarmağa cəhd edib.
Lakin “Barselona”nın yetirməsi olan Simons bundan imtina edib. Niderlandın U-19 yığmasının üzvü madridlilərdə müntəzəm oynayacağına əmin olmadığı üçün keçidə razılıq verməyib.
Qeyd edək ki, Xavi Simons bu yay PSJ-dən ayrılaraq azad agent kimi keçdiyi PSV ilə 5 illik müqavilə imzalayıb.
- “Yuventus” qolkiperi ilə müqavilə yeniləyib - RƏSMİ
- “Bavariya”dan 14 milyonluq transfer
- “Qarabağ”dan ən böyük uğursuzluq – Çempionlar Liqasında
- Şahin Diniyev ehtiyat edir: "İstəmirəm ki, Oser faciəsini bir daha yaşayaq"
- Murad Musayev: “Krasnodar" azarkeşlərini sevindirmək üçün əlimdən gələni edəcəyəm”
0
0