“Bavariya” hücumçusunu satır
24.07.2022 - 23:17
“Bavariya” hücumçusu Coşua Zirkzeeni satmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, 21 yaşlı niderlandlı baş məşqçi Yulian Naqelsmannın planlarına daxil deyil.
Bu üzdən münhenlilər ona müştəri axtarır. Zirkzee “Bolonya”, “Ayaks”, PSV və bir neçə İngiltərə klubunun maraq dairəsindədir.
Qeyd edək ki, Coşua ötən mövsüm “Anderlext”də icarədə olub. O, 47 matçda 18 qol vurub.
- Azərbaycanın stolüstü tennisçisi "Qlobal gənclər təlim düşərgəsi"nə qatılacaq
- Portuqaliya millisinin AVRO-2024 heyəti açıqlandı: Ronaldo qərarı
- “Qarabağ”ın HİK-lə hər iki matçının hakimləri müəyyənləşdi
- Azərbaycan liqalarında "transfer pəncərəsi"nin müddəti uzadılıb
- Belçika millisi Tedeskonu istefaya göndərib
0
0