"Bavariya" "Milan"ın 16 yaşlı forvardı ilə maraqlanır
28.03.2024 - 11:58
"Bavariya" "Milan"ın hücumçusu Françesko Kamarda ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu yaxınlarda 16 yaşını qeyd edən futbolçu anlaşmanın bəzi detalları ilə razılaşmadığı üçün “Milan”la hələ peşəkar müqavilə imzalamayıb.
Vəziyyəti yaxından izləyən digər klublar bundan yararlana bilər. "Bavariya" da hazırki situasiyadan istifadə etmək fikrindədir.
Qeyd edək ki, noyabr ayında Françesko Kamarda A Seriyası tarixində ən gənc debütant (15 yaş) olub. O iştirak etdiyi 33 matçda 12 qol vurub, 4 məhsuldar ötürmə edib.
- Emin İmaməliyev: "Juninyo getsə də, "Qarabağ" hücum zonasında sıxıntı çəkməyəcək"
- "Barselona" cinah oyunçusunu sata bilər
- Super Liqa: “Eyüpspor” və “Konyaspor”dan qələbə
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- "Qurban Qurbanov heykəli qoyulası adamdır"
0
0