“Bavariya” üçün yeni variant
03.01.2023 - 13:08
“Bavariya” qapıçı axtarışını davam etdirir.
Apasport.az saytının məlumatlına görə, Manuel Noyerin ayağı sındığı üçün Almaniya klubu qolkiper problemini həll etməyə tələsir.
Bir neçə variantı nəzərdən keçirən münhenlilər Kevin Trappın nümayəndələri ilə də ilkin danışıq aparıb. “Bavariya” rəhbərliyi “Ayntraxt”ın qapıçısının keçidə münasibəti ilə maraqlanıb.
32 yaşlı əlcək sahibinin anlaşması 2024-cü ilin yayında başa çatacaq. Onun transfer qiyməti 8,5 milyon avro ilə dəyərləndirilir.
Qeyd edək ki, cari mövsüm 24 oyuna çıxan Trapp 34 qol buraxıb.
- Güləşçilərimiz dünya çempionatında mübarizə aparacaqlar
- "Ferentsvaroş"un müdafiəçisi: "Bakıya yalnız qələbə üçün gəlmişik"
- Bakı beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək - İLK DƏFƏ
- “Sabah”ın yeni transferi: “Çempionlar Liqasında yaxşı oynaya bilərik”
- Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb
0
0