"Bavariya"dan növbəti transfer - RƏSMİ
03.07.2026 - 20:36
"Bavariya" klubu Almaniya millisinin futbolçusu Nataniel Braunu heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı müdafiəçi "Ayntraxt"dan transfer edilib. Oyunçunun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Nataniel Braun 2024/2025 mövsümündən Frankfurt klubunun formasını geyinib. O, bu komandada 75 oyuna 7 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0