"Bavariya"dan Pedri üçün rekord təklif
25.09.2023 - 11:13
"Bavariya" transfer rekordunu yeniləməyə hazırlaşır.
Apasport.az saytı xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi Pedri Münhenlilərin maraq dairəsindədir.
Almanlar İspaniya millisinin də şərəfini qoruyan mərkəz yarımmüdafiəçisinin növbəti mövsüm heyətə cəlb olunmasını prioritet məsələ kimi görür.
Almanlar hətta 20 yaşlı futbolçunun alınması üçün Kataloniya təmsilçisinə 120 milyon avro təklif edəcək ki, bu da klub üçün rekord deməkdir.
Qeyd edək ki, gənc futbolçu bu mövsüm 2 matçda 1 qolla yadda qalıb.
- Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib - FOTO - VİDEO
- İbrahim Əliyev mükafatlandırılıb
- "Zirə" və "Sumqayıt"ın matçlarının tarixi bəlli oldu
- Velebit: "Stanoyeviç Mahiri “Qarabağ”da oynayanda “Partizan”a gətirmək arzusunda idi" - MÜSAHİBƏ
- Gələn il Azərbaycanda keçiriləcək yarışların siyahısı açıqlandı
0
0