“Bavariya”dan “Yuventus”a
12.01.2023 - 15:37
“Bavariya” "Yuventus"unun müdafiəçisinə elçi düşüb.
Apasport.az saytı xəbər verir ki, almanlar 31 yaşlı Danilonu heyətə cəlb etməyə çalışır.
Münhen təmsilçisində Benjamin Pavardın müqaviləsi yayda başa çatır. “Bavariya” müdafiə xəttinin zəifləməməsi üçün braziliyalı futbolçunun keçidində maraqlıdır.
Qeyd edək ki, Danilo “Yuventus”a 2019-cu ildə İngiltərə “Mançester Siti”sindən 37 milyon avroya transfer olunub. Bu mövsüm “qoca sinyora”nın heyətində 22 oyun keçirən futbolçu 1 qol vurub, 2 assist edib.
- Millimiz Bolqarıstanı məğlub etdi
- "Şamaxı"nın qapıçısı: "Fernandu Santuş Azərbaycan xalqını sevindirəcək, səbirli olmaq lazımdır"
- “Araz-Naxçıvan” çempionluğu RƏSMİLƏŞDİRDİ
- Cəzasız qalmadı: Adil Nağıyev ömürlük futboldan uzaqlaşdırıldı
- Elnur Cəfərov: "I Liqada Azərbaycan futboluna xeyir verə biləcək futbolçular var"
0
0