“Bavariya”nın müdafiəçisi Rafael Qerreyro ölkəsinə qayıda bilər.
Apasport.az xəbər verir ki, “Benfika” portuqaliyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə “A Bola” nəşri məlumat yayıb.
Qerreyronun Almaniya klubu ilə müqaviləsi yayda başa çatır. Bu səbəbdən Lissabon təmsilçisi 31 yaşlı sol cinah müdafiəçisini yanvar ayında münasib qiymətə heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Rafael Qerreyro 2023-cü ilin yayından “Bavariya”nın formasını geyinir. Portuqaliya millisinin üzvü bu mövsüm Münhen klubunun heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Bəhlul Mustafazadə: “Bayer” “Frayburq”dan üstündür"
- "Mançester Yunayted" İtaliyada özünə yeni müdafiəçi tapıb
- Elmar Baxşıyev: “Mən daha yaxşı "Araz-Naxçıvan" görmək istəyirəm”
- Zlatan İbrahimoviç Çempionlar Liqasından kənar qaldı
- Murad Musayev: "Keçən ilki "Sabah"ı unutmaq lazımdır. Artıq o "Sabah" olmayacaq... "