“Bavariya”nın futbolçusu zədələnib
02.08.2025 - 17:35
“Bavariya”nın futbolçusu zədələnib

"Bavariya"nın yarımmüdafiəçisi Aleksandar Pavloviç zədələnib.

Apasport.az xəbər verir ki, o, məşq zamanı gözündən xəsarət alıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu əməliyyat olunub. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.

Qeyd edək ki, ötən mövsüm Pavloviç "Bavariya"nın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 1 qol vurub.