“Bavariya”nın keçmiş üzvü vəfat edib
20.03.2025 - 13:56
Almaniya Bundesliqası təmsilçilərindən "Bavariya"nın gənclərdən ibarət komandasında çıxış etmiş 18 yaşlı futbolçu Qo Çzyasyuan vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən ay məşq sırasında ağır kəllə-beyin travması alan çinli oyunçu bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Qo Çzyasyuan 2023-cü ildə "Bavariya"nın gənc futbolçuları tapmaq və inkişaf etdirmək layihəsi olan "Bayern World Squad" proqramında iştirak edib.
- Uruqvaylı yarımmüdafiəçi La Liqa klubunda
- Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirilir
- Millimizin baş məşqçisi: “Bugünkü oyun futzalçılarımız üçün əyani təcrübə olacaq”
- "Liverpul" "Milan"a 4 qol vurdu - VİDEO
- “Formula-1”i izləmək üçün 2 min qazi və şəhid ailəsi üzvünə pulsuz bilet verildi
0
0