“Bavariya”nın Kobel planı
13.10.2023 - 19:06
"Bavariya" özünə yeni qapıçı tapıb.
Apasport.az xəbər verir ki, Münhen klubu Dortmund "Borussiya"sının qolkiperi Qreqor Kobelə elçi düşüb.
Məşqçilər heyəti İsveçrə millisinin 25 yaşlı çərçivə qoruyuçusunu Manuel Noyerin layiqli əvəzedicisi kimi görür. Hətta Qreqorun dortmundlularla müqaviləni yeniləməsi belə “Bavariya” rəsmilərini qorxutmur. Onlar təklif edəcəkləri məbləğin qarşı tərəfi qane edəcəyini düşünürlər.
Qeyd edək ki, qolkiper cari mövsüm 10 matçda iştirak edib.
- "Formula 1" pilotları zəlzələ qurbanlarına biganə qalmadılar
- Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir
- "Böyük Dəbilqə": Rəcəbov və Bağırov növbəti mərhələdə, Kokauri mübarizəni dayandırıb
- Benzema: “Betis”lə matçda azarkeşlərimizi sevindirməliyik”
- “Nant”ın futbolçusu: "Göstərməliyik ki, qələbə təsadüf deyil"
0
0