“Bayer” daha bir futbolçu ilə razılaşdı
22.06.2025 - 20:13
“Bayer” heyətini yeni oyunçu ilə gücləndirəcək.
Apasport.az xəbər verir ki, klub “Liverpul”un mərkəz müdafiəçisi Carrell Kuansa ilə razılaşıb.
Almaniya təmsilçisi 22 yaşlı oyunçunun transferi üçün 30 milyon + 5 milyon funt sterlinq ödəyəcək.
Onunla 2030-cu ilin yayına qədər müqavilə imzalanacaq.
Bildirilir ki, "Liverpul" tərəfi razılaşmaya gerialma bəndini də əlavə edib.
Qeyd edək ki, Carrel Kuansa başa çatan mövsümdə “Liverpul”un heyətində 25 oyuna çıxıb. Onun klubla olan hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.
- "Zimbru" Rusiya əleyhinə şüarlara görə cəzalandırıldı
- Mahir Şükürov: "Bu biabırçılığa son vermək lazımdır" - Müsahibə
- Qurban Qurbanov: “Bacarıqlı futbolçuya görə heç kim zəng etmir”
- "Yuventus" Poqba ilə müqaviləni pozur?
- Azərbaycan boksçuları neft ölkələri arasında Dünya kubokunda mübarizə aparacaqlar
0
0