“Bayer” hücumçusunu itirdi
05.05.2023 - 19:46

“Bayer” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu Patrik Şikin xidmətindən məhrum olub.
Çexiyalı hücumçu mövsümü başa vurub. Buna Şikin zədəsi səbəb olub.
27 yaşlı forvard cari mövsümdə 23 oyun keçirib. Onun hesabında 4 qol və 1 assist var.
Qeyd edək ki, Avropa Liqasında mübarizəni davam etdirən “Bayer” yarımfinalda “Roma” ilə qarşılaşacaq. Bu oyunlar mayın 11-də və 18-də keçiriləcək.
- Toni Kroos: “Pedri, Lamin Yamal və Robert Levandovskidən daha vacib oyunçudur”
- Çalhanoğlu Türkiyə millisinin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib
- Rafael Fiziyev artıq Bakıdadır! - VİDEO
- Zədə danışıqları təxirə salıb
- Zaur Həşimov: "Zirə" Konfrans Liqasının ilk matçında layiqli qələbə qazandı" - Müsahibə
0
0