“Bayer”in futbolçusu İspaniya klubuna keçə bilər
12.12.2024 - 12:55

Bundesliqa təmsilçilərindən “Bayer”in futbolçusu Florian Virtz karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az “Todofichajes”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun transferində “Real” maraqlıdır.
“Kral klubu”nun rəhbərliyi yay "transfer pəncərəsi"ndə Virtzi almağa çalışacaq. Onun transfer dəyəri 130 milyon avro olaraq qiymətləndirilir. Futbolçunun “əczaçılar”la müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatacaq.
21 yaşlı futbolçu Almaniya çempionatının cari mövsümündə 13 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
- Fransa klubunda yeni müqavilə imzalana bilər
- Əvəzedicilərin yarışında 30-cu turun təyinatları AÇIQLANDI
- İlham Yadullayev: "Uşaqların turnirdəki ümumi çıxışından razı qaldıq"
- Kəmər güləşi üzrə Avropa çempionatına start verildi
- Nikola Kaliniç: "Biz "Fənərbaxça" deyilik, hakimlər hər zaman onların lehinə olacaqlar"
0
0