Belçika klubunda Kuyt dövrü başa çatdı
20.06.2025 - 14:55
Belçika Pro Liqasında çıxış edən “Beerşot” klubu baş məşqçisi Dirk Kuyt ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda müqavilənin qarşılıqlı anlaşma əsasında ləğv olunduğu bildirilib.
Kuyt 2023-cü ilin yayından bəri komandanın sükanı arxasında idi.
Qeyd edək ki, “Beerşot” 2024/25 mövsümünü sonuncu – 16-cı pillədə başa vuraraq liqanı tərk edib. Komanda mövsüm ərzində zəif nəticələr göstərərək yalnız 24 xal toplaya bilib.
- “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
- Türkiyə və Gürcüstan millilərinin azarkeşləri arasında insident yaşandı
- AAAF: "İrəvanda Avropa çempionatında iştirak üçün zəmanət istəmişik" - YENİLƏNİB
- Luka Modriç Kimdir? Xorvatiyanın Futbol Dahisi
- "Tottenhem"ə yox dedi, sabiq klubu hərəkətə keçdi
0
0