Belçikalı futbolçu “Trabzonspor”da - RƏSMİ
07.08.2025 - 18:55
"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Renn"də çıxış edən Kazim Olaiqbeni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı belçikalı vingerlə 5 illik müqavilə imzalanıb. "Trabzonspor" bu keçid üçün qarşı tərəfə 5 milyon avro ödəyib.
Qeyd edək ki, Kazim ötən mövsüm "Renn"in heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 assistlə yadda qalıb.
- AFFA baş məşqçiyə 5 oyunluq cəza verib
- "Aston Villa" PSJ-nin futbolçusunu istəyir
- Kaxaber Tsxadadze: "Bəxt bizdən üz döndərmişdi"
- Azərbaycanın kamandan oxatma hakimləri beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunacaqlar
- Misli” məntəqələrində daha bir YENİLİK - Real görüntülü Virtual Bundesliqa başlayır!
0
0