Bellingemin durumuna aydınlıq gəldi: ZƏDƏSİ CİDDİDİR
17.02.2026 - 17:56
Bellingemin durumuna aydınlıq gəldi: ZƏDƏSİ CİDDİDİR

"Real"ın yarımmüdafiəçisi Cud Bellingemin durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, futbolçu bud əzələsindən aldığı zədəni bərpa edir.

İngiltərəlinin 6-7 həftə ərzində sağalması gözlənilir. Orta xətt oyunçusunun zədəsinin ilk düşünüləndən daha ciddi olduğu məlum bildirilib.

Bellingem fevralın 1-də "Rayo Valyekano" ilə oyunda xəsarət alıb və 10-cu dəqiqədə meydanı tərk edib.

Qeyd edək ki, yarımmüdafiəçi 2023-cü ilin yayında "Borussiya"dan "Real"a keçib.