”Benfika” Mourinyo ilə razılığa gəldi
17.09.2025 - 11:19
”Benfika” Mourinyo ilə razılığa gəldi

 

"Benfika"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

Bildirilir ki, Lissabon təmsilçisi Joze Mourinyo ilə danışıqlara başlayıb.

Tərəflər arasında ilkin razılıq əldə olub.

Qeyd edək ki, klub rəhbərliyi səhər saatlarında Bruno Lajla yollarını ayırıb.