Benitez: “İngiltərədən bəzi təkliflərim var”
26.08.2024 - 15:36

İspaniyalı məşqçi Rafael Benitez İngiltərə Premyer Liqasına qayıda biləcəyini bildirib.
Apasport.az “The Sun”-a istinadən xəbər verir ki, o, artıq bir neçə təklifinin olduğunu söyləyib:
“Karyeramı İngiltərədə bərpa etməyi düşünürəm. Bəzi təkliflərim var. Artıq bir neçə klub mənimlə maraqlanır”.
Benitez daha əvvəl İngiltərə çempionatında bir neçə komandanı çalışdırıb. Bu siyahıya “Çelsi”, “Liverpul”, “Nyukasl” və “Everton” klubları daxildir. 64 yaşlı mütəxəssisin son iş yeri İspaniyanın “Selta” klubu olub.
- "Linkoln"un baş məşqçisi: "Sabah meydana çıxıb vuruşacağıq"
- Qurban Qurbanov: "Juninyonun transferi Azərbaycan futbolu üçün önəmli hadisə olacaq"
- 16 ildən sonra gələn çempionluq
- "Gələcək 2 mövsümdə Türkiyə kubokuna qatılmayacağıq!" - Ali Koç - YENİLƏNİB
- “Liverpul”un favorit göstərilməsi “Real”ın lehinə işləyəcək
0
0