Benzema “Real”dan kənar düşdü
07.10.2022 - 18:19
“Real” İspaniya La Liqasının VIII turunda “Xetafe” ilə keçiriləcək oyunun iştirak ərizəsini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, hücumçu Kərim Benzema matça sifariş olunmayıb.
Buna səbəb Fransa millisinin üzvünün zədədən əziyyət çəkməsidir. 34 yaşlı forvard məhz bu səbəbdən “Xetafe” ilə sabahkı qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, Kərim Benzema bu mövsüm bütün turnirlərdə 8 oyuna çıxıb, 4 qol, 1 assistlə yadda qalıb.
- "Sumqayıt" amerikalı basketbolçu transfer edib
- Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib
- İspaniyada Miçelin sabiq klubunda oynayan azərbaycanlı: “Mənə maraq artıb”
- Millimiz MDB Oyunlarında bürünc medal qazanıb - YENİLƏNİB
- "Turan Tovuz" akademiyasının məşqçiləri məktəblilərlə görüşüb
0
0