Benzema yenə oyunu buraxacaq?
29.10.2022 - 15:49
“Real”ın futbolçusu Kərim Benzema komandasının daha bir oyununu buraxmaq təhlükəsi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, fransalı hücumçu İspaniya klubunun bugünkü məşqinə də qatılmayıb.
Bu üzdən 34 yaşlı forvardın La Liqanın XII turunun “Jirona” ilə matçında iştirakı sual altındadır. Benzema kimi digər hücumçu Rodriqo da son məşqi buraxıb.
Benzema son iki oyunda da komandasına kömək etməyib. O, “Sevilya” ilə (1:3) La Liqa, “Leypsiq”lə (2:3) Çempionlar Liqası görüşündən kənar qalıb.
Qeyd edək ki, “Real” – “Jirona” matçı sabah baş tutacaq.
- Transferinə ən çox pul xərclənən İNGİLİS FUTBOLÇULAR
- “Valensiya”dan qələbə, “Barselona” liderliyini davam etdirir
- Slovakiya millisi AVRO-2024 üçün heyətini açıqlayıb
- AMADA və Almaniyanın Milli Antidopinq Agentliyinin rəhbərliyi arasında görüş keçirilib
- "Beşiktaş"dan növbəti imtina: ANLAŞDIĞI OYUNÇU BRAZİLİYA KLUBUNA YOLLANIR
0
0