Benzemanın müqaviləsi avtomatik yenilənir
06.10.2022 - 15:00
Kərim Benzemanın “Real”la müqaviləsinin avtomatik yenilənməsi variantı var.
Apasport.az saytının məlumatına görə, bununla bağlı fransalı hücumçunun müqaviləsinə bənd salınıb.
Fransa millisinin üzvü “Qızıl top”u qazanacağı təqdirdə, sözləşməsi avtomatik olaraq daha bir mövsümlük uzadılacaq. Onun hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. “Qızıl top” mərasimi isə oktyabrın 17-də Parisdə keçiriləcək.
Qeyd edək ki, 34 yaşlı Benzema bu mövsüm La Liqada keçirdiyi 5 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
- Millimizin baş məşqçisinin brifinqi keçiriləcək
- Boksçumuz finalda erməni rəqibini məğlub etdi, qızıl medal qazandı
- Françesko Kalzona: “Ukrayna millisi FİFA reytinqində bizdən 20 pillə irəlidədir“
- "Arsenal"ın yeni transfer hədəfi: BARKOLA ÜÇÜN 80 MİLYON AVRO
- I və II Liqada püşkatma mərasiminin vaxtı bəlli olub
0
0