
"Beşiktaş"ın mövsümün sonunda xorvatiyalı ulduz Ante Rebiçlə yollarını ayıracağı gözlənilir.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" artıq Rebiçin müqaviləsini ən az zərərlə ləğv etməyin yollarını axtarır.
Cari ilin əvvəlində böyük ümidlərlə heyətə qatılan, lakin gözlənən nəticəni əldə edə bilməyən hücumçu klubda məyusluq yaradıb.
Bu mövsüm "qartallar"ın məşqçisi olan Fernando Santuşun rəğbətini qazana bilməyən xorvatiyalı futbolçu ilə illik 2,5 milyon avro qarşılığında 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm 23 matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Azarkeşin ürəyi tutdu, “Barselona”nın oyunu dayandırıldı
- "Qarabağ" - "Ayaks" matçının biletləri bu gün satışa çıxarılacaq
- Paralimpiyaçımız: “Təcrübəm azdır, daha çox məşq etməliyəm”
- Konfrans Liqası: "Fiorentina" yarımfinalın qapısını araladı
- İsmail Yüksək üçün yüksək təkliflər: “Bayer”, “Ayntraxt", “Borussiya"...