“Beşiktaş” azarkeşlərinə bəd xəbər 
                    
                    15.01.2024 - 11:03
                        
                    
                    “Beşiktaş”ın futbolçusu ağır zədələnib.
Apasport.az xəbər verir ki, komandanın aparıcı futbolçularından Amir Hacıahmetoviç bu mövsüm bir daha meydana çıxmayacaq.
İstanbul klubunun “Karagümrük”lə (3:0) matçının ilk hissəsində meydanı tərk edən 26 yaşlı futbolçu həkim müayinəsindən keçib. Sol dizindən zədə alan Bosniya və Hersoqovinalı yarımmüdafiəçinin ən az 6 ay futbol oynamayacağı bildirilib.
Qeyd edək ki, bu mövsüm “Beşiktaş” forması ilə 30 matçda iştirak edən Hacıahmetoviç 6 məhsuldar ötürmə ilə yadda qalıb.
                                
                                0
                                
                                0