Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi "Əl-İttihad"da çıxış edən Luis Felipeni transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Beşiktaş" Braziliya əsilli italiyalı mərkəz müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.
"Əl-İttihad" Luis Felipeni legioner limitinə görə heyətdən kənarlaşdırılıb. Klub yanvar ayında 27 yaşlı futbolçunun müqaviləsini ləğv etməyi düşünür. Türkiyə klubu bu amili nəzərə alaraq arxa xətt oyunçusunu qışda pulsuz transfer etməyə ümid edir.
Qeyd edək ki, "Əl-İttihad" Luis Felipeni ötən ilin yayında "Betis"dən 22 milyon avroya transfer edib. İtaliya millisinə də dəvət alan təcrübəli futbolçu bu mövsüm cəmi 1 rəsmi matçda iştirak edib.
- "PSJ"-nin futbolçusu "Beşiktaş" yolunda
- “Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə əsas mərhələdən başlayacaq
- Bakıda dünya çempionatının başlamasına 7 gün qaldı
- Baxşıyev Yunanıstanda jurnalistlərin suallarını cavablandıracaq
- Albaniya millisinin baş məşqçisi: "Azərbaycanla oyun bizim üçün çox vacib və dəyərlidir"